Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2023 , 09:32

7082

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mərkəz rəisi: “Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə bələdiyyələr tərəfindən  900-dən çox abidə və abidə kompleksi istifadəyə verilib”

“Ölkə bələdiyyələri artıq 23 ildir ki, yerli əhalinin rifahı naminə bir çox işlərin həyata keçirilməsində yaxından iştirak edirlər”- bu fikirləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov mediada  açıqlanan məqaləsində bildirib.

Mərkəzi rəisi məqalədə qeyd edib ki, “bunun ən yaxşı nümunəsinin biz elə Vətən müharibəsi və ondan sonrakı dövrdə şahidi olduq. Azərbaycan bələdiyyələri bu prosesdə həyata keçirilən ardıcıl tədbirlərdə yaxından iştirak etməklə yaxşı nümunə olublar.”

Vətən müharibəsi veteranlarının və şəhid ailələrinin yerli özünüidarəetmə fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlərin həll edildiyini qeyd edilən mərkəz rəisi daha sonra  qeyd edib ki, bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 900-dən çox abidə və abidə kompleksi, xatirə lövhəsi və bulağı istifadəyə verilib, onların yaşadıqları evlər və küçələr abadlaşdırılıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
705

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701